İntelektual, əyləncəli  "Breyn rinq " yarışı

 “Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə 27.12.2018-ci il tarixdə 85 nömrəli tam orta məktəbdə 6 məktəbin – 85, 87, 89,140, 232 və 316 nömrəli tam orta məktəblərin X və XI sinif şagirdlərindən ibarət komandalarının iştirakı ilə məktəblərarası intelektual, əyləncəli  "Breyn rinq” yarışı keçirilmişdir. Bu yarışmanın keçirilməsində məqsəd şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi və biliklərin artırılması, istedadlı şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi və elmə marağının artırılmasıdır.   Tədbirdə məktəb direktorları, direktor müavimləri və müəllimlər iştirak etdilər. Çıxış edənlər şagird nailiyyətlərinin artırılmasında məktəblərarası yarışların xüsusi rolundan danışmış, komandalara uğurlar arzulamışdır. Məktəbimizin “Zəfər” komandası daha yaxşı çıxış edərək yarışda I yerin qalibi olmuşdur. Tədbirin sonunda komanda üzlərinə müxtəlif hədiyyələr və diplomlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi