Ulu Öndər Heydər Əliyevin anım günü

Məktəbin fəaliyyət planının müvafiq bəndinə uyğun olaraq Ulu öndər , ümummili lider H.Əliyevin anım günü ilə əlaqədar məktəbin foyesində ulu öndərin həyat və fəaliyyətini əks etdirən güşə hazırlanmış, sinif otaqlarındakı stendlər, divar qəzetləri ümummili lider H.Əliyevə həsr olunmuşdur. Eyni zamanda şagirdlərin iştirakı ilə inşa yazı müsabiqəsi kiçirilmiş, “”H.Əliyev və neft strateggiyasına” həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisi təşkil edilmişdir. 06.12.2018-ci il tarixdə ümummili liderin anım gününə həsr olunmuş VI-VII sinif şagirdlərini iştirakı ilə idman yarışı keçirilmişdir.

07.12.2018-ci il tarixdə müasir Azərbaycanın memarı və qurucusu ümummili lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar keçirilən anım tədbirində ulu öndərin zəngin və qədim tarixə malik bir xalqın müstəqillik rezusunu həyata keçirdiyi, dünya siyasətinə təsir etmək gücündə olan liderliyi, beynəlxalq səviyyədə düşünməyi bacaran siyasətçi olması şagirdlərin diqqətinə çatdırılmışdır.

Şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndirmişdir.

Tədbirdə Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi