“Ədəbiyyat biliciləri” adlı müsabiqə

Azərbaycan Respublikası Təhsil nazirliyinin əmrinə müvafiq olaraq 05.12.2018-ci il tarixdə məktəbdə VIII-IX sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” adlı müsabiqə keçirildi. Məktəb mərhələsi üzrə keçirilən bu müsabiqədə bədii əsər oxumağa meyil və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlər iştirak etdilər. Şagirdlər sorğu vərəqələrindəki müvafiq sualları yazılı cavablandırır, təəssüratlarını qısaca qeyd edirdilər. Təşkilat komitəsinin sədri təlim tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Mərziyyə Rəhimzadə, Lalə Babayeva və Zeynəb Məmmədovanın təşkilatçılığı ilə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirmə həyata keçirildi. Sonda mövzu ilə bağlı fikirlərini aydın, dəqiq və lakonik ifadə edən şagirdlər qalib seçildilər.