20 yanvar faciəsinin 26-cı ildönümünün keçirilməsi haqqında

20 yanvar faciəsinin 26-cı ildönümünün qeyd edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.01.2016-cı il tarixli 05 saylı əmrinin icrasını təmin məqsədi ilə məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən məktəbin VI, VIII və IX sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət etmişlər. Məktəbin foyesində 20 yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. Bütün siniflərdə 20 yanvar faciəsinə aid foto-stendlər və divar qəzetləri buraxılmışdır. V-XI sinif şagirdləri 20 yanvar faciəsinə həsr edilmiş inşa yazı yazılmışdır. "Milli qəhrəmanlarımız and yerimizdir" mövzusunda ümumməktəb tədbiri keçirilmiş, tədbirə aid materiallar məktəbin saytında yerləşdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi