Azərbaycan Xalq Cümhuriyyətinin 100 iilik yubileyi

24 may 2018 -ci il tarixidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iilik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirildi. Tədbirdə AXC-nin yaranma tarixi, 23 aylıq fəaliyyəti, 71 ildən sonra dövlət müstəqilliyinin bərpası, onun əbədi, dönməz və daimi olmasının təmin edilməsində Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, Ümummilli liderin siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın inkişaf edən, çiçəklənən bir diyara çevrildiyi barədə məlumat verildi. Sonda şagirdlərin ifasında milli mahnı və rəqslərimiz səsləndirildi.