Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.06.2015-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədi ilə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi məqsədi ilə tədbirlər planına uyğun olaraq R.Abidov adına 85 saylı tam orta məktəbdədə bir sıra tədbirlər həyata keçirilmişdir. Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş rəsm sərgisi keçirilmiş, məktəbin X-XI sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur. Cəmşid Naxçıvanskinin 120 illik yubileyi münasibəti ilə məktəbdə V-XI sinif şagidrlərinin iştirakı ilə geniş tədbir keçirilmişdir.