Böyük həyatın unudulmaz sərkərdəsi

08.05.2018-ci il tarixdə Ulu Öndər, dahi insan Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Güləsər Qulaməliyevanın təşkilatçılığı ilə “Böyük həyatın unudulmas sərkərdəsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyatı və keçdiyi rəşadətli ömür yolundan danışmış, iti zəkaya, mətin iradəyə malik olan Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycanla qürur duyduğu bildirilmiş, onun gördüyü işlər haqqında məlumat verilmişdir. Tədbirdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, şagirdlər tərəfindən H.Əliyevə həsr olunan mahnılar oxunmuş, şeirlər səsləndirilmiş, şagirdlərin hazırladıqları təqdimatlara baxılmışdır.