“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə”

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bilik günündə Bakıdakı 148 saylı məktəbin açılışı mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015 -ci il tarixili 263 saylı əmri ilə təsdiq edilmiş Fəaliyyət planının 3.9-cu bəndinə əsasən 21 dekabr 2015-ci il tarixdə məktəbdə IX-XI sinif şagirdlərinin iştirakı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş "Mən tolerantlığı necə başa düşürəm" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə XI sinif şagirdi Quliyeva Təranə Rizvan qızı "Mən tolerantlığı necə başa düşürəm" mövzusunda məruzə ilə çıış etmişdir. Məruzə ətrafında müzakirələrdə məktəbin IX-X və XI sinif şagirdləri öz fikirlərini bildirmişlər.Tədbirdə mövzuya aid videoçarx göstərilmiş, X sinif şagirdi Məmmədzadə Kənan Natiq oğlu tərəfindən hazırlanmış slaydlara baxılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi