General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında
General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri pedaqoji kollektivə çatdırılmış, əmrə uyğun olaraq məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə aid bir sıra tədbirlər keçirilmişdir. Generalın həyat və fəaliyyətinə aid foto stentlər təşkil edilmiş, V-XI siniflərdə isə sinif divar qəzetləriin bir nömrəsi General Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinə həsr olunmuşdur. Bütün siniflərdə keçirilən təşkilat saatlarında Səməd bəy Mehmandarovun haqqında şagirdlərə məlumat verilmiş, IX-XI sinif şagirdlərin iştirakı ilə "General Səməd bəy Mehmandarovun və müasir gənclik" mövzusunda dəyirmi masa keçirilmişdir.