Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır

        Məktəbin IX-XI sinif şagirdlərinin iştirakı ilə 08.05.2018-ci il tarixdə “Narkomaniyaya yox deyək, sağlam vərdişlər sağlam gələcəyin əsasıdır” mövzusunda seminar-müşavirə keçirildi. Seminar-müşavirəni məktəbin direktoru Maqsud Əhmədov açaraq narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirir, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.Sonra Suraxanı rayon Polis İdarəsinin rəisi, polis palkovniki - Namiq Həsənov, Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis mayoru - Səməd Şıxlı, Bakı şəhəri narkoloji dispanserin həkimi - Fəzail Sadıqov narkomaniyanın qarşısının alınması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdilər və gənclər arasında bu cür maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, zərərli vərdişlərin insan sağlamlığına böyük təhlükə olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi