Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş bilik yarışması

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi, məntiqi biliklərin artırılması, istedadlı şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi və elmə marağının artırılması məqsədi ilə 02.05.2018-ci il tarixində məktəbimizdə beşinci siniflər arasında tarix fənni üzrə Ulduzə Qarayevanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Azərbaycan tarixi və Heydər Əliyev" mövzusunda intelektual, əyləncəli "Bilik yarışı” keçirildi. Məktəbin V a sinfinin “Hədəf” komandası daha yaxşı çıxış edərək yarışda I yerin qalibi olmuşdur. Tədbirin sonunda komanda üzlərinə diplomlar veridi.