“Zərərli vərdişlərə yox deyək”

20 aprel 2018-ci il tarixdə məktəbimizdə Suraxanı Gənclər Evi sosial xidmət müəssisəsinin metodisti-Kamil Yaqubov, təlimçi-Fərəh Məcidzadənin təşəbbüsü ilə IX, X və XI sinif şagidrləri arasında “Zərərli vərdişlərə yox deyək” mövzusunda görüş keçirildi. Görüşün keçirilməsində məqsəd yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılmasıdır.