Şagirdimizlə fəxr edirik

Məktəbin VI sinif şagirdi Babayev Elçin Bəhlul oğlu ötən tədris ilində Bakı şəhəri ümumtəhsil məktəblərinin V və VI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasında” fəal iştirakına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və İstək liseyinin birgə sertifikatı ilə təltif edilmişdir. Şagirdimizlə fəxr edirik və daha yüksək nailiyyətlər arzulayırıq.