31 Mart azərbaycanlıların soyqırımı barədə

         Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən zalında 30.03.2018-ci il tarixdə 31 mart - Azərbaycanlıların soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçiririldi. Müəllim və şagirdlərin iştirakı ilə keçirilmiş tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dədidəlik sükutla yad olundu. Təlim - tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov tədbiri açaraq ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti barədə geniş məlumat verdi. 1918 - ci il 31 mart soyqırımından bəhs edən tarix müəllimi Aynur Məlikova ümummilli lider Heydər Əliyevin  1998 -ci il martın 26 - da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq dövlət səviyyəsində bu qətliama, siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Sonda məktəblilər tərəfindən faciəyə həsr olunmuş seirlər səsləndirildi, səhnəciklər göstərildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi