Buraxılış imtahanlarına hazırlıq vəziyyətinin öyrənilməsi

Məktəbin illik fəaliyyət planının 1.1.3.7 bəndinə əsasən 28.02.2018-ci il tarixdə məktəbin IX sinif şagirdlərinin Ana dili və riyaziyyat fənləri üzrə bilik və bacarıq səviyyələrinin öyrənilməsi məqsədi ilə sınaq yoxlaması keçirildi. Məktəbdaxili sınaq yoxlamanın məqsədi 04.03.2018-ci il tarixdə keçiriləcək buraxılış imtahanlarına hazırlıq vəziyyətinin öyrənilməsi, tədrisin təşkili vəziyyətinin yoxlanılması, şagirdlərin dərslərdə qarşıya qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsinə yönəldilən birgə fəaliyyətin aşkara çıxarılmasıdır.