“Xocalı harayı”

İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsinin iyirmi altıcı ildönümü ilə əlaqədar 26.02.2018-ci il tarixdə məktəbin akt zalında Suraxanı rayon Gənclər və İdman İdarəsinin, R.Abidov adına 85 №-li məktəbin birgə təşkilatçılığı ilə “Xocalı harayı” mövzusunda tədbir keçirilmişdir.

 Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Xocalı soyqırımında həlak olanlar Azərbaycanın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi