“Azərbaycan Xalq Cumhuriyyəti dövründə elm və təhsilin inkişafı”

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında Aəzrbaycan Respublikası Prezidentinin 16.05.2017-ci il tarixli sərəncamının icrası və 2018-ci il Azərbaycan Respublikasında Azərbaycan Xalq Cumhuriyyəti ili elan olunması ilə əlaqədar təsdiq edilmiş tədbirlər planına əsasən 23.02.2018-ci il tarixdə məktəbin akt zalında Suraxanı rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və R.Abidov adına 85 №-li məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhuriyyəti dövründə elm və təhsil mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika elm-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyev, Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşı Rəşid Məmmədov iştirak edirdi.