“Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” adlı tədbir

17 yanvar 2018- ci il tarixdə məktəbimizin tarix müəlimi Aynur Əsgərovanın təşkilatçılığı ilə 1990- cı il 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər ölməzdir, ölməzi ağlamazlar” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, şəhidlik zirvəsinin ən yüksək zirvə olduğu aparıcılar tərəfindən xüsusilə vurğulanmışdır. Məktəbimizn direktoru Maqsud Əhmədov 20 yanvar hadisələri ilə bağlı öz fikirlərini söyləmiş, müstəqilliyimizin şəhidlərimizin qanı bahasına əldə edildiyini qeyd etmişdir.
Tədbirdə məktəbimizin şagirdləri tərəfindən 20 yanvar hadisələrinə, bu hadisələr zamanı şəhid olanların əbədi xatirəsinə həsr olunmuş seirlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.
IX a sinif şagirdi Fidan Ağayevanın yaratdığı “Şəhid anası” obrazı, XI a sinif şagirdləri Əli Qiyazov və Şamil Abbasovun yaratdığı əsgər obrazları tədbiri izləyənlərin böyük marağına səbəb olmuşdur.