31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

Dekabrın 29-da məktəbin akt zalında 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə tədbir keçirildi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov qeyd etdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilmişdir və bu barədə şagirdlərə geniş məlumat verdir.
Tədbirdə ingilis dili müəllimləri Kəmalə Kərimova, Aygün Əsədullayeva, Natavan Soltanova və Günay Məmmədovanın şagirdlərimiz ilə hazırladıqları rəngarəng kompozisiyalar- rəsq, musiqi, şeir parçaları tədbirə rəng qatmış və böyük marağa səbəb olmuşdur.