İntelektual, əyləncəli "Bilik yarışı”

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi, məntiqi biliklərin artırılması, istedadlı şagirdlərin aşkar edilməsi, onların həvəsləndirilməsi və elmə marağının artırılması məqsədi ilə 28.12.2017-ci il tarixdə 232 saylı tam orta məktəbdə 7 məktəbin –85, 87, 226, 232, 140 və 327 saylı tam orta məktəblərin VII, VIII və IX sinif şagirdlərindən ibarət komandalarının iştirakı ilə məktəblərarası intelektual, əyləncəli "Bilik yarışı” keçirilmişdir. Tədbirdə Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Behdaşi, direktor müvini Züleyxa Ələkbərova, məktəb direktorları, müəllimlər, uşaq birliyi rəhbərləri də iştirak etdilər. Çıxış edənlər şagird nailiyyətlərinin artırılmasında məktəblərarası yarışların xüsusi rolundan danışmış, komandalara uğurlar arzulamışdır. Məktəbimizin “Zəfər” komandası daha yaxşı çıxış edərək yarışda III yerin qalibi olmuşdur. Tədbirin sonunda komanda üzlərinə müxtəlif hədiyyələr və diplomlar verilmişdir.