Azərbaycan dili fənnindən qarşılıqlı dərs dinləmə barədə

Məktəbin illik Fəaliyyət Planının 1.1.1.8-ci bəndinə müvafiq olaraq qarşılıqlı dərs dinləmələr davam edir. 28.12.2017- ci il tarixdə Azərbaycan dili fənni üzrə “Köməkçi nitq hissələri” mövzusunda qarşılıqlı dərs dinləmə Esmira müəllimənin VII ç sinfində keçirildi. Dərsdə sxem və Venn diaqramından, test materilalarından istifadə olundu.Şagirdlər verilmiş köməkçi nitq hissələrinə aid olan sözləri cümlələrdə işlətməklə onların əsas nitq hissələrindən fərqini, qramatik mənaya malik olduqlarını müəyyənləşdirdilər. Nəticədə şagirdlər köməkçi nitq hissələrini əsas nitq hissələrindən ayırmağı bacardılar.