“Unudulmaz dahi”

Məktəbin illik fəaliyyət planının 1.3.20 bəndinə əsasən 11.12.2017-ci il tarixdə “Unudulmaz dahi” adlı ədəbi-bədii gecə keçirildi. Şagirdlər ilk öncə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeirlər söylədilər, musiqilər səsləndirdilər. Şagirdlər qeyd etdilər ki, Heydər Əliyev nüfuzu, Heydər Əliyev qətiyyəti və Heydər Əliyev siyasəti Azərbaycanı bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizin yaradıb möhkəmləndirmək qüdrətinə malikdir. Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on dörd il keçdiyini xatırladaraq, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi.