“Azərbaycanın tarixi keçmişinə səyahət”

Məktəbin fəaliyyət planının 1.1.1.8 –ci bəndinə əsasən tarix fənninin tədrisi vəziyyətini yaxşılaşdırmaq, şagirdlərin fənnə olan maraq və meyillərini gücləndirmək, bilik və bacarıqlarını genişləndirmək məqsədilə noyabr ayında məktəbdə tarix fənni üzrə aylıq keçirilmişdir. 07.12.2017-ci il tarixdə “Azərbaycan tarixi” aylığı çərçivəsində təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminovun rəhbərliyi, tarix müəllimləri Aynur Əsgərova, Gülnaz Hüseynova və Ulduzə Qarayevanın təşkilatçılığı ilə keçirilən “Azərbaycanın tarixi keçmişinə səyahət” adlı yekun tədbir aktuallığı, dinamikliyi, şagird fəallığı ilə yaddaqalan olmuşdur.