Tarix aylığı keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən aylar üzrə fənn aylıqlarının keçirilməsi davam edir. Noyabr ayı tarix aylığı elan edilmişdir. Aylıq çərçivəsində müxtəlif tədbirlər keçirilmiş, şagirdlərin tarixi yerlərə -“Qız qalası” na, “Şirvan Şahlar sarayı” na və “Atəşgah mədəni” nə ekskursiyaları təşkil edilmişdir. Şagirdlər tərəfindən müxtəlif təqdimatlar, foto stentlər hazırlanaraq təqdimatları keçirilmişdir. Məqsəd şagirdlərdə tarix fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılmasıdır.