“ Milli oyanış-istiqlala gedən yol ”

Məktəbin illik Fəaliyyət Planının 1.3.15-ci bəndinə müvafiq olaraq 15.11.2017-ci il tarixdə məktəbdə ibtidai sinif müəllimləri Hüsniyyə İsayeva və Ləman Soltanovanın təşkilatçılığı ilə “Milli oyanış-istiqlala gedən yol” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə II a və IV b sinif şagirdləri  17 noyabr Dirçəliş gününə həsr olunmuş mahnılar, şeirlər səsləndirdilər. Xüsusi ilə 4b sinif şagirdləri Reyhan Quliyeva, Aydın Həsənli, Əliyar Şərifzadə, Amil Məmmədli, Fidan Şirinova, Aylin Kazımovanın iştirakı ilə göstərilən səhnəciklər və “Azərbaycan” rəqsi hamının marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi