“Uşaqların davranışlarını və duyğularnı açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda maarifləndirici seminar keçirildi

Ailə-məktəb münasibətlərinin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına, uşağın cəmiyyətdəki rolunu müəyyənləşdirməsinə və özünü dərk etməsinə, bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir. Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil məktəbləri arasında səmərəli əməkdaşlığı təşviq etmək məqsədilə may ayının 05-də məktəbin bir qrup valideynləri ilə “Uşaqların davranışlarını və duyğularnı açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda maarifləndirici seminar keçirildi.
Məqsəd uşaqların davranışlarında yarana biləcək risk faktorları və profilaktik tədbirlər haqqında məlumatlandırmaq, onlara uşaqları ilə düzgün üsullarla əlaqə qurma bacarıqlarını aşılamaqdır. Tədbirin sonunda valideynlərin sualları cavablandırıldı.