"Ümummilli liderin işıqlı yolu" mövzusunda tədbir keçirildi

Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 102 illik yubileyi münasibətilə may ayının 08 - də şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə "Ümummilli liderin işıqlı yolu" mövzusunda tədbir keçirildi.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açıldı. Bildirildi ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, böyük siyasətçi Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına, tərəqqi və dirçəlişinə yönəlib, dahi lider bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi diqqət göstərib .