"Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda açıq dərs

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı may ayının ayının 02-də məktəbin tarix müəllimi Aynur Əsgərova təşkilatçılığı ilə 9 “B” sinfində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda açıq dərs keçirdi.
Məqsədi şagirdlər arasında vətənpərvərlik hisslərini yüksəltmək, dövlət rəmzlərinə, milli mənəvi dəyərlərimizə, Azərbaycanın Suverenliyinə hörmət hissini aşılamaq, onların potensialının inkişaf etdirilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, xalqımız böyük qürur və fəxarət hissi ilə bu il müəllifi ümummilli liderimiz Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünü təntənə ilə qeyd edəcək. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb.