“Bayrağımız qürur mənbəyimizdir” adlı tədbir barədə

Məktəbin illik Fəaliyyət Planının 1.3.12-ci bəndinə müvafiq olaraq 08.11.2017-ci il tarixdə məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Güləsər Qulaməliyevanın təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə IXa sinif şagirdləri Azərbaycan bayrağına həsr olunmuş mahnılar, şeirlər səsləndirdilər. Xüsusi ilə Riad Qənbərovun, Əfsanə Nəsurullayavanın, Fidan Ağazadənin iştirakı ilə göstərilən səhnəciklər və “Bayraq” rəqsi hamının marağına səbəb oldu.