Məktəbin illik fəaliyyət planının 1.3.1. bəndinə müvafiq olaraq Uşaq Hüquqları Konvensiyası aylığı çərçivəsində tədbirlərimiz davam edir. 02.11.2017-ci il tarixdə ibtidai sinif müəllimi Natella Məhərrəmova III a sinfində “Hüquqlarımızı qoruyaq” mövzusunda təşkilat saatı keçirdi. Təşkilat saatında şagirdlərə Uşaq Hüquqları Konvensiyası barədə geniş məlumat verildi və video çarx nümayiş etdirildi.