Suraxanı rayon Heydər Əliyev Mərkəzində açıq dərs

31.10.2017-ci il tarixdə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Müasir Aərbaycan tarixi mövzusu çərçivəsində növbəti açıq dərs keçirilmişdir. Açıq dərsdə məktəbin X və XI sinif şagirdləri və məktəbimizin tarix müəllimi Aynur Əsgərova iştirak edirdi. Aynur Əsgərova “Heydər Əliyev və onun Azərbaycan mədəni irsinin qorunması sahəsində gördüyü işlər “ adlı məruzə ilə çıxış etmiş, bu mövzuya aid video çarx göstərilmişdir. Aynur Əsgərova öz çıxışında Azərbaycanın irsinin qorunub saxlanmasında,inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmiş və sonda öz çıxışını Ulu öndərimizin bu kəlamı ilə bitirmişdir.”Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirilməlidir və biz Azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini yaşatmalıyıq”.