Molla Pənah Vaqifin həyat və yaradıcılığı barədə

30.10.2017-ci il tarixdə məktəbdə Molla Pənah Vaqifin 300 illik həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə şagirdlər Molla Pənah Vaqifin şeirlərindən nümunələr söylədilər , onun şeirlərinə yazılmış mahnılar səsləndirdilər.Sonda isə dahi sənətkarımız Səməd Vurğunun Molla Pənah Vaqif həyat və fəaliyyətinə həsr etdiyi “Vaqif” pyesindən bir parçanı 11a sinif şagirdləri Şamil Həsənov,Əli Qiyazov, Kazım Babayev, Fəxri Salmanzadə təqdim etdilər. Tədbiri keçirməkdə əsas məqsəd şagirdlərin Molla Pənah Vaqifin haqqındakı biliklərini daha da möhkəmləndirmək, yaradıcılığına rəğbəti daha da artırmaq və Molla Pənah Vaqifin həm Azərbaycanın ictimai-siyasi həyatında, həm də bədii fikir tarixindəki rolunu aşılamaqdan ibarət idi.