"OXUMAĞI VƏRDİŞƏ ÇEVİRƏK" LAYİHƏSİNƏ START VERİLDİ

Məktəbin fəaliyyət planının 1.3.30- cu maddəsinə uyğun olaraq “Oxumağa vərdiş et ” layihəsinə start verildi. Bu təşəbbüs şagirdlərin həm dünya görüşünün artmasında, həm də nitq bacarıqlarının formalaşmasında böyük rolu vardır. Onlarda sərbəst, düzgün, sürətlə, şüurlu, ifadəli oxumaq, dialoqa girmək, öz fikirlərini sərbəst və ardıcıl ifadə etmək bacarığı aşılamaqdır.Ümumiyyətlə, oxu insanın hafizəsini, düşünmə qabiliyyətini inkişaf etdirir onda həm təxəyyül, həm də idrak bacarığını formalaşdırır. Layihə çərçivəsində 6 “b” və 7 “a” siniflərdə tədbir keçirildi. Şagirdlərdən Kərimov Elman , Məmmədova Nəzirin,Məmmədli Kənan, Müzəffərzadə Yusif oxu bacarığı üzrə fərqləndilər.