Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə Beynəlxalq Sülh günü ilə əlaqədar elan olunmuş “Sülh aylığı” na aid məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına əsasən məktəbin foyesində 21.09.2017-ci il tarixdə “Sülh və azadlıq” mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuş, bütün siniflərdə foto-stendlər buraxılmış, təşkilat saatlarında şagirdlərlə mövzu ilə əlaqədar söhbətlər aparılmışdır.