“Düzgün ixtisas seçimi”

Şagirdlərin gələcək peşə seçimində daha məlumatlı qərarlar vermələrinə dəstək olmaq məqsədilə aprel ayının 24-də Bakı Regional Məşğulluq filialının əməkdaşları Əsmər İsmayılova, Qazax Nağının rəhbərliyi və VIII-XI sinif şagirdlərinin iştirakı ilə şagirdlərə peşə təhsilinin əhəmiyyəti, təqdim etdiyi ixtisaslar, qəbul prosesi və gələcək karyera imkanları barədə ətraflı məlumat verildi.
Tədbir zamanı şagirdləri maraqlandıran suallar cavablandırıldı, real nümunələr üzərindən peşə təhsilinin üstünlükləri öyrənildi.
Bu cür görüşlərin keçirilməsi şagirdlərin həm peşələr barədə biliklərini artırır, həm də onların gələcək planlarının formalaşmasına müsbət təsir göstərir.