"Konstitusiya və Suverenlik" mövzusunda seminar keçirildi

"Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə bağlı aprel ayının 24-də məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Konstitusiya və Suverenlik” mövzusunda seminar məşğələ keçirildi.
Məşğələdə şagirdlərə Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin qorunması və milli dəyərlərimizin möhkəmləndirilməsi haqqında ətraflı məlumat verildi. Sonda şagirdlərin mövzuya aid sualları cavablandırldı.