"Orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tövsiyəsi" mövzusunda maarifləndirici seminar keçirildi

Aprel ayının 23-də məktəbin həkimi İlahə Tağıyeva və tibb bacısı Məxmər Əliyevanın təşkilatçılığı, 9,10 və 11 ci sinif şagirdlərinin iştiraı ilə "Orta təhsil səviyyəsində reproduktiv sağlamlığın tövsiyəsi" mövzusunda maarifləndirici seminar keçirildi. Şagirdlərə reproduktiv sağlamlıqla bağlı geniş məlumat verildi.
Onlara sanitar - gigiyenik qaydalara əməl etmək, hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu. Gələcəkdə sağlam ailəyə sahib olmaq üçün sağlam həyat tərzinin vacibliyindən danışıldı.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.