Suraxanı rayon Heydər Əliyev Mərkəzinə təşkil olunmuş ekskursiya

Aprel ayının 22-də məktəbin ibtidai sinif müəllimi Aysel Məmmədlinin rəhbərliyi ilə 2 “C” sinif şagirdlərin Suraxanı Rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.
Mərkəzi ziyarətə gələn şagirdlər Azərbaycan xalqının Ümumilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsi, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumatlarla, mərkəzin “Muzey” və “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələri ilə tanış oldular. Mərkəz haqqında ətraflı məlumatlandırıldılar.