“İdman və zərərli vərdişlərlə mübarizə” mövzusunda rəsm müsabiqəsi keçirildi

Aprel ayının 10-da məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, təsviri incəsənət müəllimi Arzu Məhsumova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlının təşkilatçılığı ilə şagirdlər arasında “İdman və zərərli vərdişlərlə mübarizə” mövzusunda rəsm müsabiqəsi keçirildi. Balacaların mövzuya uyğun çəkdikləri rəngarəng rəsmlər bütün şagirdlərin marağına səbəb oldu və hər bir rəsm şagirdlərin yeni biliklərə yiyələnməsinə kömək etdi.