"Milli adət-ənənələrimiz"

Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, onlarda yaradıcı düşünmə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə “Dəyərlərimizi qoruyaq!” layihəsinin keçirilməsi ilə bağlı silsilə tədbirlərimizə start verildi.
Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük.
Bayram bir neçə gün davam edir. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq, təbiətin oyanışını bildirən bu bayramı qarşılamağa hazırlaşırlar. Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir.