Elan

Hörmətli valideynlər,
UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s. barədə sullarınızın cavablandırılması məqsədilə hər həftənin cümə günü saat 10:00-dan 15:00 qədər məktəbin direktoru tərəfindən qəbul təşkil olunacaq. Qəbul zamanı aşağıdakı suallar cavablandırılacaq:
• Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
• Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
• Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
• I sinfə hansı yaş uşaqlar qəbul edilir?
• I sinfə şagird qəbulu hansı formada aparılır?
• Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
• Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
• Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
• I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
• Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
• X sinfə şagird qəbulu hansı formada aparılır?
• Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?
Hörmətlə müdiriyyət.