“Mülki müdafiə” günü çərçivəsində tədbir keçirildi

    Məktəbin Fəaliyyət planına və mülki müdafiə haqqında tədbirlər planına uyğun olaraq aprel ayının 07-də məktəbdə “Mülki müdafiə” günü çərçivəsində  tədbir keçirildi. Tədbirdə şagirdlərə mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadələri mövzuları ətrafında məlumatlar verildi.

    Məqsəd şagirdlərə yarana biləcək fövqəladə hallara hazırlanması, fövqəladə hallar zamanı davranış qaydalarına, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsinə kömək göstərilməsidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi