“Bilim Bakı Mərkəzi” nə ekskursiya

Aprel ayının 08-də məktəbin bir qrup şagird kollektivi ilə “Bilim Bakı Mərkəzi” nə ekskursiya təşkil olundu. Ekskursiyanın əsas məqsədi şagirdlərin elm və texnologiya sahəsində biliklərini artırmaq, yeni texnoloji nailiyyətlərlə tanış olmalarına şərait yaratmaq idi.
Ekskursiya zamanı şagirdlər Bilim Bakı Mərkəzində yerləşən müxtəlif interaktiv laboratoriyalar, elmi eksperimentlər və texnoloji yeniliklər haqqında məlumat aldılar. Onlar fizika, kimya, biologiya, robototexnika və digər sahələrə aid praktiki məşğələlərdə iştirak edərək biliklərini daha da möhkəmləndirdilər.