“Novruz adət-ənənələri” adlı təşkilat saatı keçirildi

Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq bu dəyərləri əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki, milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasında təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
Mart ayının 11-də məktəbin ibtidai sinif müəllimi Günel Vəlizadənin təşkilatçılığı 3“C” sinif şagirdlərinin iştirakı ilə “Novruz adət-ənənələri” adlı təşkilat saatı keçirildi.