Qaliblərin mükafatlandırılması

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsi çərçivəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov, şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyev, Bəhruz Cəbiyev və Ədilə Məmməd-zadənin təşkilatçılığı ilə həftə ərzində müəyyən yaş qrupları üzrə müsabiqələr yarışlar keçirildi.
Belə ki, idman həftəsinin son günündə yuxarıda adları qeyd olunan nominasiyalar üzrə şagirdlər məktəb rəhbərliyi tərəfindən hazırlanan təşəkkürnamələr ilə mükafatlandırıldı və qaliblərlə xatirə şəkli çəkildi.