“Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda inşa yazı müsabiqəsi keçirildi

   

    Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədi  ilə silsilə tədbirlərimiz davam edir.

    İdman həftəsinin beşinci günündə mart ayının 10-da məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nizami Eminov,  məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi rəhbəri Şəbnəm Sadıqlı, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və V  sinif şagirdlərinin iştirakı ilə “Mübariz, iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.

    İdman həftəsinin son günü qalib komanda məktəb tərəfindən hazırlanan təşəkkürnamə ilə mükaftlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi