"İdman həftəsi"nin birinci günü

Şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği və 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində idman həftəsinin keçirilməsi məqsədə ilə silsilə tədbirlərimizə start verildi.
İdman həftəsinin ilk günündə mart ayının 04-də məktəbin fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Ədilə Məmməd-zadənin təşkilatçılığı, şagirdlərinin iştirakı ilə səhər gimnastikası keçirildi.
Daha sonra məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, fiziki tərbiyə müəllimləri Pərviz Zöhrabov, Mirzəli Mirzəyevin təşkilatçılığı ilə I-IV siniflərdə idman növləri və idmançıların yarışa hazırlığının psixoloji yanaşması haqqında profilaktik söhbətlər aparıldı.