“ Qan yaddaşımız ” adlı divar qəzetləri hazırlandı

    “Xocalı soyqırımının 33-cü ildönümünün keçirilməsi” ilə əlaqədar silsilə anım tədbirlərimiz davam edir

    Xocalı soyqırımının 33-cü ildönümünün keçirilməsi ilə əlaqədar fevral ayının 25-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric  tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VIII sinif şagirdlərinin iştirakı ilə “ Qan yaddaşımız ” adlı divar qəzetləri hazırlandı. Şagidrlər ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilikləri və soyqırımını öz yazılarında əks etdirdilər.

    Məqsəd bu faciə barədə şagirdləri bir daha maarifləndirmək, gələcək nəsillərə çatdırmaq, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq və onların istedadlarını üzə çıxarmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi