“ XX əsrin faciəsi ” adlı inşa yazı müsabiqəsi keçirildi

    “Xocalı soyqırımının 33-cü ildönümünün keçirilməsi” ilə əlaqədar silsilə anım tədbirlərimiz davam edir.

    Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciət etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".  

    Xocalı soyqırımının 33-cü ildönümünün keçirilməsi ilə əlaqədar fevral ayının 25-də məktəbin şagirdlərlə məktəbdənkənar və sinifdənxaric  tərbiyə işləri üzrə təşkilatçısı Yeganə Məlikova, Uşaq Birliyi Təşkilatı rəhbəri Şəbnəm Sadıqlı, kitabxana müdiri Xəyalə Kərimova, kitabxanaçı Umleyla Xələfovanın təşkilatçılığı və VII sinif şagirdlərinin iştirakı ilə “ XX əsrin faciəsi ” adlı inşa yazı müsabiqəsi keçirildi. Şagidrlər ermənilərin Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilikləri və soyqırımını öz yazılarında əks etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi