“Memorial soyqırım” muzeyinə ekskursiya

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri şagirdlərə çatdırmaq məqsədilə fevral ayının 14-də məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Yeganə Məlikova, ibtidai sinif müəllimləri Ülviyyə Hüseynova, Aygün Mədətova və Aysel Şükürovanın təşkilatçılığı ilə bir qrup şagird kollektivi “Memorial soyqırım” muzeyinə ekskursiya etdilər.